Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.
Ucnoqta.az xəbər verir ki, "Neytral Türkmənistan"nın məlumatına görə, bu barədə Xarici İşlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin iclasında bildirib.
Nəşr qeyd edir ki, Meredov Trampın dəvəti ilə Berdiməhəmmədovun Vaşinqtonda keçiriləcək ikitərəfli sammit və Orta Asiya-ABŞ sammitində iştirak etmək üçün ABŞ-a planlaşdırılan işgüzar səfərinə hazırlıqlar barədə danışıb.