Kamal Umudlu "Napoli"- "Ayntraxt" oyununu idarə edəcək

20:05 - 31 Oktyabr 2025 - İDMAN

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Napoli" (İtaliya) - "Ayntraxt" (Almaniya) oyununun baş hakimi olacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Noyabrın 4-də Çerkola şəhərində yerləşən "Cüzeppe Pikkolo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Xəbər xətti