ABŞ 2025-ci ilin dekabr ayının ortalarına qədər Bolqarıstan, Macarıstan və Slovakiyada yerləşən qoşunlarının sayını azaltmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın "Kyiv Post" nəşri NATO ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, azalma "orta" olacaq. Şərqi Avropadakı ABŞ qoşunlarının sayının azaldılması 2026-cı ildə də davam edə bilər. "Kyiv Post" mənbələrinə görə, Vaşinqton hesab edir ki, Avropa orduları, xüsusən də NATO öhdəliklərinin bir hissəsi olaraq hərbi xərcləri artırdıqdan sonra özünü müdafiə edə bilir.
Nəşrdə Şərqi Avropa ölkələrindən neçə ABŞ qoşununun çıxarılacağı və neçəsinin regionda qalacağı dəqiqləşdirilməyib.
