Beyləqanda yanğına səbəb olan şəxs saxlanılıb

16:07 - 1 Sentyabr 2025 - Xəbər

Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın törədən şəxsi polis saxlayıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin  törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər xətti