"Bayer" baş məşqçini istefaya göndərdi

14:03 - 1 Sentyabr 2025 - İDMAN

"Bayer" futbol klubu Almaniya çempionatının iki oyunundan sonra hollandiyalı baş məşqçi Erik ten Haqla müqaviləyə xitam verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Ten Haq 2025-ci ilin mayında "Bayer"i çalışdırıb. Mütəxəssislə müqavilə müddəti 2027-ci ilə kimi hesablanıb. Almaniya çempionatının ilk turunda "Bayer" "Hoffenhaym"a uduzub (1:2), daha sonra isə 3:1 hesabı ilə öndə olan "Verder"lə heç-heçə edib (3:3).

Ten Haqın 55 yaşı var, 2022-ci ildən 2024-cü ilə qədər İngiltərənin "Mançester Yunayted"ində çalışıb.

Xəbər xətti