Paytaxt yollarında tıxac var - SİYAHI

08:20 - 18 İyun 2025 - AVTO

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşhaidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Belə ki, hal-hazırda yollardakı vəziyyət: 
 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər xətti