Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Ucnoqta.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.