Dünyanın ən böyük viski istehsalçıları spirtli içkilərin istehsalını dayandırmaq qərarına gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Drinks Business” portalı məlumat yayıb.
Pernod Ricardın İrlandiyadakı zavodunda "Jameson", "Redbreast" və bir sıra digər markaların istehsalını iki ay müddətinə dayandırdığı bildirilir.
Şirkət həmçinin 250 milyon avro dəyərində yeni içki zavodunun açılışını da təxirə salıb.
Bundan əlavə, "Johnnie Walker" viskisini istehsal edən Britaniyanın "Diageo" şirkəti ABŞ-dakı zavodlarından birini dayandırıb və Kanadada zavodun tikintisini dayandırıb.