Bəzi israilli girovların cəsədləri dağıntılar altındadır

15:52 - 7 Fevral 2025 - DÜNYA

Qəzza zolağında öldürülən israilli girovlardan bəzilərinin cəsədləri dağıntılar altındadır və onların çıxarılması üçün ağır texnikaya ehtiyac olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qəzza rəsmilərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əraziyə dağıntıları təmizləmək üçün yararlı olan ağır texnika və avadanlıqların daşınmasına qoyulan qadağa HƏMAS döyüşçülərinə İsrailin bombardmanları nəticəsində həlak olan bəzi əsirlərin [girovların] cəsədlərini binaların dağıntıları altından çıxarmağa imkan vermir.

Xəbər xətti