Amerika texnologiya şirkəti OpenAI 2025-ci ildə Almaniyada ilk ofisini açacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Məlumata görə, OpenAI ofisi Münhendə açılacaq. Şirkətin baş direktoru Sem Altman qəzetə müsahibəsində Almaniyanı biznesin inkişafı üçün vacib bazar adlandırıb.
Qəzetin yazdığına görə, Almaniya OpenAI üçün əsas bazarlardan biridir və Avropada liderdir.
Ölkə ChatGPT chatbotuna abunəçilərin sayına görə dünyada ilk beşliyə daxildir. Şirkətin London, Dublin, Paris, Brüssel və Sürixdə ofisləri var.///tass