MEDİA-nın məhkəməyə verdiyi saytın fəaliyyəti dayandırılıb

19:16 - 6 Fevral 2025 - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) “Anaxeber.info” saytının bloklanması ilə bağlı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, MEDİA-nın iddiası təmin edilib, saytın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, sözügedən saytın Media Reyestrində qeydiyyatı olmayıb.

Xəbər xətti