Bu yollarda tıxac var - Siyahı

08:16 - 6 Fevral 2025 - AVTO

Paytaxt yollarında nəqliyyatın hərəkəti ilə bağlı vəziyyət açıqlanıb.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət:
 1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti