Beynəlxalq Cinayət Məhkəməsi (BCM) əl-Məsri kimi tanınan Liviya polisinin yüksək rütbəli zabiti Usamə Nəcimin həbsinə order verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Qeyd edilir ki, digər məsələlərlə yanaşı, Tripolidəki cəzaçəkmə müəssisələrinin fəaliyyətinə cavabdeh olan Nəcim 2015-ci ilin fevralından Liviya ərazisində törədilmiş hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə şübhəli bilinir.
O, qətl, işgəncə və cinsi zorakılıqda ittiham olunur.
BCM-nin Məhkəməyə qədərki Palatası müəyyən edir ki, orderdə qeyd olunan cinayətlər Mitiqa həbsxanasının zabiti tərəfindən şəxsən və ya onun göstərişi ilə və ya onun köməyi ilə Xüsusi Qarşıdurma Qüvvələrinin üzvləri tərəfindən törədilib.