İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında təxminən 15 ay davam edən hərbi əməliyyatlar zamanı Fələstinin Həmas hərəkatından 20 minə yaxın silahlı radikalı məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
O, həmçinin bildirib ki, "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatlar zamanı İDF bu Livan təşkilatının təxminən 4000 radikalını, o cümlədən lideri Həsən Nəsrullahı məhv edib.
Halevinin sözlərinə görə, demək olar ki, bir il yarım ərzində İordan çayının qərb sahilində antiterror reydləri zamanı İsrail əsgərləri 794 silahlı fələstinli radikalı məhv edib.