Hikmət Hacıyev Pakistan səfirini qəbul edib

15:37 - 23 Dekabr 2024 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə səfir “X” platformasındakı paylaşımında bildirib.

Diplomat Pakistan-Azərbaycan əməkdaşlığını bütün sahələr üzrə irəlilətməyə daha da sadiq olduqlarını bildirib.

Xəbər xətti