Dekabrın 22-si səhər saat 10-dan dekabrın 23-ü səhər saat 9-a kimi Rusiya Federasiyası 72 “Shahed” və digər pilotsuz təyyarələrlə Ukraynaya hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, onlardan 47-si məhv edilib.
Səhər saat 9-a olan məlumata görə, Poltava, Sumı, Xarkov, Kiyev, Çerniqov, Çerkassı, Jitomir, Xmelnitski və Odessa vilayətlərində 47 pilotsuz təyyarə vurulub.