Xəbər verdiyimiz kimi, Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadəyə icazə verilmişdi.
Ucnoqta.az xəbər verir ki, bu gün (31 oktyabr) həmin icazənin müddəti bitir. Bu səbəbdən noyabrın 1-dən aşağıda qeyd edilən küçələrdə COP29 zolaqlarına daxil olmaq qadağan ediləcək:
Bünyad Sərdarov
Həsən Seyidbəyli
Şeyx Şamil
Mirzəağa Əliyev
Adbulla Şaiq
Həsənoğlu
Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
Xocalı prospekti
Şah İsmayıl Xətai prospekti
Zuğulba yolu
Zığ şossesi
Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.
Həmin küçələr:
Gülarə Qədirbəyova
Niyazi
İstiqlaliyyət
Üzeyir Hacıbəyov
Bakıxanov
Koroğlu Rəhimov
Neftçilər prospekti
Heydər Əliyev prospekti
Mehdi Hüseyn
Teymur Elçin
Parlament prospekti
Nəriman Nərimanov
Mikayıl Müşfiq
Salyan şosesi
Hava limanı şosesi
Bülbül prospekti
Azadlıq prospekti
Həsən Əliyev