Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Nigeriya və Liviya arasında keçiriləcək cavab oyunu ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.
Görüş oktyabrın 15-də Liviyada baş tutmalı idi. İlk görüşdə nigeriyalılar evdə 1:0 hesabı ilə qalib gəliblər.
Nigeriyanın kişilərdən ibarət milli futbol komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsinin cavab oyununda oynamaq üçün bazar günü xüsusi reyslə Liviyaya yollanıb.
Benqazi hava limanına enməzdən əvvəl Nigeriyadan gələn təyyarəyə təyinat yerindən 200 km aralıda yerləşən başqa bir aerodrom olan Əl Abraka yönləndirmək tapşırılıb.
Nigeriya mediasına görə, orada idman nümayəndə heyəti heç bir izahat verilmədən, su, yemək və nəqliyyat təmin edilmədən 20 saat qapalı vəziyyətdə saxlanılıb.
Bundan sonra Nigeriya tərəfi qarşıdakı oyunu boykot edib vətənə qayıtmaq qərarına gəlib.