"Real Madrid"in və Fransa millisinin futbolçusu Kilian Mbappe təcavüzdə ittiham olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə TV4 News məlumat yayıb.
İsveç mətbuatı araşdırmanın Mbappenin iki günlük Stokholma səfərindən sonra başlandığını, futbolçunun dostları ilə birlikdə restoran və gecə klubuna baş çəkdiyini yazıb.
Teleqraf.com TV4 News-a istinadən xəbər verir ki, xəsarət alan qadın həkimlərə müraciət edərək futbolçunu zorlamada ittiham edib.
Mbappe də öz növbəsində hər şeyi saxta adlandırıb.