Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün 9-cu tur oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan millisi “The Showgrounds” stadionunda keçirilən Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşıb.
Baş hakim Heini Ziskason Vidoyun idarə etdiyi görüş millimizin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Azərbaycan millisi 9 oyuna 5 xal yığaraq qrupda sonuncu yerdədir.
Qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edib.
F qrupu
12 oktyabr
18:00. Şimali İrlandiya U-21 - Azərbaycan U-21 - 5:0
Qollar: Çarli Allen, 11 - pen., Coşua MakKiernan, 56, Patrik Kelli, 64, Castin Devenni, 68, Rüstəm Samiqullin, 80 - avtoqol
Baş hakim: Heini Ziskason Vidoy, Dan Petur Pauli Hoyqaard, Yan Hermansen, Byarki Danielsen (Farer adaları)
"The Showgrounds" stadionu
Xallar: Ukrayna - 24 (9 oyun), İngiltərə - 22 (9 oyun), Serbiya - 13 (9 oyun), Lüksemburq - 7 (9 oyun), Şimali İrlandiya - 10 (9 oyun), Azərbaycan - 5 (9 oyun).
///qol.az