1100-ə yaxın bələdiyyənin 8 milyon manat borcu var

13:46 - 11 Oktyabr 2024 - Cəmiyyət

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın borcu var.

Ucnoqta.az xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir: “Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər”.

PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.

Xəbər xətti