Gündə 10 min addım atmaq əfsanədir, yoxsa ...

06:43 - 8 Oktyabr 2024 - DİGƏR

Fiziki fəaliyyətin ən asan və ən çox yayılmış formalarından biri olan gəzinti, ürək-damar xəstəliklərindən diabetə, onurğa sağlamlığının qorunmasından sağlam qocalmaya qədər bir çox faydalar təmin edir.

Ucnoqta.az xəbər verir ki, Türkiyəli həkim Sena Öndeş gəzməyin faydalarından danışıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fiziki fəaliyyətin nizamlı olaraq həyata keçirildikdə sağlamlığa əhəmiyyətli faydalar verdiyini vurğulayır." Gəzintinin fiziki hazırlığı artırdığını deyən Öndeş ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növləri riskini azaltdığını vurğulayıb.

Ürək-damar və tənəffüs sistemlərinin uyğunlaşmasını artırır. O, həmçinin çəkiyə nəzarəti təmin edir, təzyiqi aşağı salır və qan şəkərini tənzimləyən təsirə malikdir.
Sürətli yerimə zamanı bədəndə serotonin və endorfin kimi maddələr ifraz olunur. Serotonin əhvalınızı tənzimləyərək özünüzü daha xoşbəxt və sakit hiss etməyə kömək edir, endorfin isə bədəndə təbii ağrıkəsici rolunu oynayır.

Endorfinlərin ifrazı sayəsində məşq zamanı və sonrasında ağrı həddi artır, bu da sizi fiziki stressə daha davamlı edir. "Eyni zamanda, bu hormonlar stress səviyyəsini azaldır və ümumi ruhi və fiziki rifahı artırır" – mütəxəsis qeyd edir.

BEL VƏ QARIN ƏZƏLƏLƏRİNİ İŞLƏYİR
 Gəzintinin onurğa sağlamlığı üçün də faydalı olduğunu ifadə edən Öndeş, “Gəzinti zamanı bədənimizi korset kimi saran, sabit və dik durmağımızı təmin edən bel, arxa və qarın əzələləri aktiv işləyir.
Bu əzələlərin gücləndirilməsi onurğa üzərindəki yükü azaltmaqla bel ağrılarının qarşısını alır.
Xüsusilə bel nahiyəsindəki əzələlər gücləndikdə onurğa daha yaxşı dəstəklənir və duruş yaxşılaşır.

ÜST-nin 18-65 yaş arası böyüklərə sağlamlıqlarını qorumaq üçün həftədə ən az 150-300 dəqiqə orta sıxlıqda yeriməyi tövsiyə etdiyini ifadə edən Öndeş, 'Gündə 10 min addım atmaq əfsanədir, yoxsa zərurətdir?' sualına belə cavab verir: “Hər gün 10 min addım atmaq ümumi sağlamlığı yaxşılaşdırmaq üçün faydalıdır.

Amma bu, mütləq zərurət deyil. ÜST həftədə ən azı 150-300 dəqiqə orta intensivlikdə aerob fiziki fəaliyyət tövsiyə edir. Bu, gündə orta hesabla 7-8 min addıma uyğun gəlir.
Buna görə gündə 10 min addım atmaq mif deyil, lakin bu rəqəm hər kəs üçün məcburi hədəf deyil. Hər bir insanın fiziki fəaliyyətə ehtiyacı fərqlidir. Addımların sayını artırmaq daha çox oturaq həyat tərzi keçirən insanlar üçün faydalı ola bilsə də, artıq aktiv həyat tərzi keçirənlər üçün 10 mini keçmək lazım olmaya bilər.
 

Xəbər xətti