Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti sentyabrın 25-dən bəri ilk dəfə 75 dollar/bareldən yuxarı qalxıb.
Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 4,74% artaraq 75,1 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 4,93% artaraq 71,53 dollar/barel olub.