2024-cü il iyun ayında Bakıda 53 yaşlı Məmmədov Rasim Məmmədtağı oğlu itkin düşmüşdü.
Ucnoqta.az xəbər verir ki, Rasimin axtarışı ilə bağlı bacısı Aidə "Səni Axtarıram" verilişinə müraciət etmişdi. Bacısının sözlərinə görə, Rasimin psixoloji problemləri olub.
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bildirir ki, iyunun 30-da bir balıqçı Qızıldaş qəsəbəsində səhralıq bir ərazidə meyit tapıb. Balıqçı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Meyit tanınmaz halda olub. Avqust ayında Rasimin bacısına zəng vurulub. Bacısından DNK testi götürülür. Tapılan meyitin Rasim Məmmədova aid olduğu təsdiq olunur.
Ətraflı süjetdə: