Əhali hər 100 manatdan 5-ni içki və siqaretə xərcləyib

10:58 - 25 İyul 2024 - Cəmiyyət

Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib. Bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Vüqar Bayramovun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır:

"Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır.

Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır".

Xəbər xətti