Velosiped yollarına çıxan sürücülər 100 manat cərimələnəcək

16:08 - 24 İyul 2024 - Xəbər

Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək.

Xəbər xətti