Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi Zahirə Cahangirzadə Vurğun qızı tərəfindən icra olun “Ekologiyanı qoru” adlı layihə çərçivəsində 22-23 iyul tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 16-29 yaşarası 20 nəfər gənc üçün təlim həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirin açılışını edən layihə rəhbəri Zahirə Cahangirzadə Azərbaycanda “2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” olmasını və “COP-29” kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini nəzərə alaraq layihənin gənclər üçün əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycan Gənclər Fondunun layihəyə verdiyi maliyyə dəstəyinə görə gənclər adından təşəkkürünü də bildirib və iştirakçı olan gənclərin də gələcəkdə Fondun qrant müsabiqələrində iştirakını onlar üçün uğurlu addım kimi diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov dövlət gənclər siyasətinin gənclərin inkişafındakı rolunu, Azərbaycan Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlar və Mərkəz olaraq regionda gördükləri işlər barədə iştirakçıları məlumatlandırıb.
Ekologiya üzrə müstəqil ekspert, eyni zamanda layihə üzrə təlimçi Afiq Məlikov 2 günlük təlim müddətində ölkədə və dünyada ekoloji vəziyyət, Ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması, Təbii sərvətlər və onların növləri, Alternativ enerji mənbələri, Təbii sərvətlərdən səmərəli istifadə, Ekoloji problemlər və onların həlli yolları, Yanğınlar və onlara qarşı mübarizə tədbirləri, Tullantılar və onların idarə olunması, Ekoloji siyasət, COP29 və Yaşıl dünya naminə həmrəylik ili” mövzularında geniş təqdimatlar keçirib, müzakirələr aparıb, qrup işləri həyata keçirilib və bir çox aidiyyəti ekoloji çarxları iştirakçılar izlədib. Təlim yekununda iştirakçılara sertifikat verilib və onların istifadəsi üçün digər çap məhsulları paylanıb.
Qeyd edək ki, layihənin məqsədi Lənkəran şəhərində yaşayan gənclər və əhali arasında ekoloji düşüncələrin artırılmasına və ekoloji tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Əlavə edək ki, cari ilin 1 avqust tarixində təlimdə iştirak edən gənclərlə birgə Lənkəran rayonun müvafiq ərazilərində ekoloji aksiyanın keçirilməsi planlaşdırılıb.