Sahibə Qafarova Sankt-Peterburqa gedib

17:12 - 10 İyul 2024 - SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRİKS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün iyulun 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova BRİKS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.

Xəbər xətti