Ferstappen Barselonada "Formula 1"in qalibi olub

00:11 - 24 İyun 2024 - İDMAN

"Red Bull" komandasının holland pilotu Maks Ferstappen Formula 1 Barselona Qran Prisinin qalibi olub.

Ucnoqta.az xəbər verir ki, nəticələr müsabiqənin saytında yerləşdirilib. Yarış iyunun 23-də İspaniyanın Circuit de Catalunya meydançasında baş tutub. "McLaren"in britaniyalı pilotu Lando Norris yarışı ikinci yerdə tamamlayıb. İlk üçlüyü digər britaniyalı, “Mercedes”dən Lyuis Həmilton tamamlayıb.

Ferstappen mövsümdə yeddinci, karyerasında isə 61-ci qələbəsini qazanıb. O, hazırkı "Formula 1" çempionudur. Ümumilikdə onun dünya çempionatında üç qələbəsi var.

Xəbər xətti