Bayram günlərində zəhərlənmə səbəbilə 17 nəfər müraciət edib

12:09 - 20 İyun 2024 - ÖLKƏ İÇİ

Bayram günlərində (15-19 iyun) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, şöbəyə qəbul edilən şəxslər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir.

R.Məmməd bildirib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb.

Xəbər xətti