Qəzzada daha 30 nəfər həlak olub

16:01 - 13 İyun 2024 - DÜNYA

İsrailin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 30 fələstinli ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 30 nəfər həlak olub, 105 nəfər yaralanıb.

Bildirilir ki, həlak olanların ümumi sayı 37 232 nəfərə çatıb, daha 85 037 nəfərin yaralanıb.

Xəbər xətti