Qadın üç yaşlı oğlu ilə birlikdə pəncərədən yıxıldı

10:53 - 13 İyun 2024 - HADİSƏ

Sankt-Peterburqda qadın üç yaşlı oğlu ilə birlikdə Moika sahilindəki yaşayış binasının üçüncü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Məlumata görə, 24 yaşlı tacikistanlı anasının yanına gəlib. Böyüklər söhbət edərkən uşaq ağcaqanad tora söykənərək üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə yıxılıb. Şoka düşən ana onun arxasınca özünü atıb.

Qız ağır vəziyyətdə Mariinski xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona bel fəqərələrinin sınığı, katotravma, baş, döş qəfəsi və ayaq nahiyələrinin xəsarətləri diaqnozu qoyulub.

Körpəyə beyin əzilməsi, ön sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Xəbər xətti