Küveytdə baş verən yanğında ölənlərin sayı artıb

16:30 - 12 İyun 2024 - DÜNYA

Küveytin cənubundakı Manqaf şəhərində baş verən yanğında azı 41 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Küveyt baş nazirinin birinci müavini Şeyx Fəhd Yusif Səud əl-Sabah dövlət televiziyası ilə çıxış edib.

Daxili işlər naziri və müdafiə naziri vəzifələrini birləşdirən hökumət başçısının müavini hadisə yerinə baş çəkib və ev sahibini səhlənkarlıqda ittiham edib. Onun sözlərinə görə, işçilərin yerləşdirilməsi üçün nəzərdə tutulan binada sıxlıq olub.

Yanğın fəhlələrin yaşadığı yaşayış binasında iyunun 12-də səhər tezdən başlayıb. İlkin olaraq 35 nəfərin öldüyü bildirilirdi. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 43 nəfər xəstəxanalara çatdırılıb, onlardan dördü sonradan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti dəm qazından zəhərlənib.

Yanğınsöndürənlər yanğını söndürüb. Araşdırma aparılır.

Xəbər xətti