Gürcüstan Türkiyədən zirehli transportyorlar alıb

16:27 - 12 İyun 2024 - DÜNYA

Türkiyə tərəfi ilə imzalanmış müqaviləyə əsasən, müdafiə qüvvələri yeni NATO standartlı zirehli transportyorları (VURAN) alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb. Bildirilir ki, Vazianidəki 4-cü Piyada Briqadasının parad meydançasında bütün relyefli zirehli texnikaların təhvil verilməsi mərasimi keçirilib.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinə tabe olan ASFAT şirkətinin baş direktoru tədbirdə iştirak etmək üçün Gürcüstana gəlib.

VURAN tipli zirehli maşınlar avadanlıq və alt sistemlərə görə NATO standartlarına cavab verir.

Xəbər xətti