Nazir müavinindən "veteran pulu" ilə bağlı AÇIQLAMA

12:40 - 12 İyun 2024 - Cəmiyyət

"Hökumət, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, məsələləri illik büdcə hazırlanarkən nəzərə alır”. 

Modern.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında veteranların müavinətlərinin qaldırılması ilə bağlı sualı cavablandırarkən bildirib. 

O qeyd edib ki, dövət büdcəsinin sosialyönümlülüyü heç kimdə şübhə doğurmur.

"Təkliflər yəqin ki, individual qaydada yox, kopmpleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. İnsanlara təkcə təqaüdlər deyil, evlər və maşınlar da verilir. Bunları da nəzərə almaq lazımdır", - deyə nazir müavini qeyd edib.

Xəbər xətti