"Barselona" yeni baş məşqçisini AÇIQLADI

15:44 - 29 May 2024 - İDMAN

İspaniyanın "Barselona" futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, klubun sosial şəbəkə hesabında  almaniyalı Hansi Flikin "Barcelona"ya baş məşqçi təyin olunduğu açıqlanıb.

Müqavilənin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

Flikin 59 yaşı var, mütəxəssisin əvvəlki iş yeri Almaniya millisi olub, o, 2021-ci ilin avqustundan 2023-cü ilin sentyabrına kimi komandaya rəhbərlik edib. 

Xəbər xətti