Kür çayı bəzi sahələrdə məcradan çıxıb - FHN

17:00 - 26 May 2024 - ÖLKƏ İÇİ

Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması halı baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaşayış məntəqələrində hər hansı təhlükə qeydə alınmayıb.

Hadisə ilə əlaqədar FHN-in "112" qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb.

Hazırda FHN tərəfindən mövcud şərait tam nəzarət altında saxlanılır.

Xəbər xətti