Yaponiyada iki helikopter qəzaya uğrayıb

06:07 - 21 Aprel 2024 - DÜNYA

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K patrul helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bunu Tokioda keçirilən mətbuat konfransında müdafiə naziri Minoru Kihara deyib.

Nazir bildirib ki, bir ekipaj üzvü həlak olun, daha yeddi nəfərin axtarışları davam edir. Nazirin sözlərinə görə, əməliyyat-axtarış tədbirləri zamanı həmçinin uçuş qeydi aparatı və helikopterlərin hissələrini tapmaq mümkün olub.

İki SH60K helikopteri Tokiodan 600 km cənubda İzu adaları ərazisində təlim patrulunda iştirak edib. Aprelin 20-də axşam saatlarında onlarla əlaqə kəsilib. Helikopterlərin hər birində dörd ekipaj üzvü olub.

Xəbər xətti