Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
“Bəli, həqiqətən də belədir”, - Kreml nümayəndəsi cavab verib.
Qeyd edək ki, ötən gün Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk etməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.