Ermənistanda ehtiyatda olan hərbçilər toplanır

11:31 - 29 Fevral 2024 - Xəbər

Aprelin 1-dən iyunun 28-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, ehtiyatda olan hərbçilər qrup halında çağırılaraq buraxılacaqlar. Onların hər biri 25 təqvim günündən çox olmayan müddətə çağırılacaq.

Ermənistanda il ərzində bir neçə dəfə ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışı elan edilir.

Xəbər xətti