860 şagird fənn olimpiadalarının yarımfinalında iştirak etdi - FOTO

14:44 - 24 Fevral 2024 - ÖLKƏ İÇİ

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 860 şagird iştirak edib.

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.

Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Xəbər xətti