İsmayıllıda ağır qəza: ölən var

22:36 - 22 Fevral 2024 - HADİSƏ

İsmayıllıda avtomobil qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Xəbər xətti