ANAMA əhaliyə çağırış etdi

14:56 - 7 Dekabr 2023 - Xəbər

Baş verən mina hadisələri ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

Ucnoqta.az xəbər verir ki, ANAMA-ın çağırışında qeyd olunur:

Nərəzə alın ki:

• Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.

• Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.

• Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!

• Naməlum və şübhəli əşyalara toxunmayın!

• Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!

• Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!

• Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir.

Xəbər xətti