Hindistan Hərbi Dəniz Qüvvələri ilk qadını komandir təyin edib

21:22 - 1 Dekabr 2023 - DÜNYA

Hindistan Hərbi Dəniz Qüvvələri ilk dəfə bir qadını gəmiyə komandir təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Hari Kumar ölkədə dekabrın 4-də qeyd olunan Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində keçirdiyi brifinqdə bildirib.

"Bu, qərb sahilində yerləşən sürətli döyüş gəmilərimizdən biridir. İlk dəfədir ki, qadın zabit təyin edirik. Biz bütün ixtisas proseslərindən, sonra isə imtahanlardan keçməliydik. O, gəmiyə rəhbərlik etməzdən əvvəl əlavə təlim keçəcək", - Kumar qeyd edib.

Bildirilir ki, qadın komandir Kalininqrad Yantar zavodunda qurulan və 2013-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrində xidmətə girmiş Trikand freqatında xidmət edəcək.

Xəbər xətti