Azərbaycanda yayılan qızılca ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

10:41 - 1 Dekabr 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, ölkə ərazisində qızılcaya yoluxma halları müşahidə edilir. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.

Bununla bağlı TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlama verib. Bildirilib ki, xəstəlikdən əsas qorunma üsulu peyvəndlənmədir.

TƏBİB rəsmisi bildirdi ki, ölkə ərazisində qızılcayla bağlı müraciət edənlərin sayı nəzarət altındadır, kritik həddi keçməyib. 

Bildirildi ki, hər iki doza peüyvənd almış, və ya xəstəliyi keçirmiş şəxslərin yenidən vaksin olunmasına ehtiyyac yoxdur.

Qeyd edək ki, qızılca xəstəliyinə qarşı peyvənd uşaqlara 12 aylığında və  6 yaşında tətbiq olunur. Hazırda ölkəmizdə bütün ailə sağlamlıq  mərkəzlərində bu peyvənd mövcuddur və ödənişsizdir. 

Ucnoqta.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər xətti