Kadırov böyük qızına Çeçenistanın Xalq artisti adını verdi

15:00 - 3 Oktyabr 2023 - Xəbər

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov fərmanı ilə böyük qızı və respublikanın keçmiş mədəniyyət naziri Ayşat Kadırovaya xalq artisti adı verib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, o, Ayşət Kadırovaya ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Həmçinin, Çeçenistan Respublikası rəhbərinin sərəncamı ilə o, “Çeçenistan Respublikasının xalq artisti” adına layiq görülüb. 

Kadırova 2021-ci ildən Çeçenistanın mədəniyyət naziri vəzifəsini tuturdu. Bir gün əvvəl onun namizədliyi regional hökumət sədrinin müavini vəzifəsinə təqdim edilib. Rayon rəhbəri təyinatı dəstəkləyib.

Xəbər xətti