Qarabağı tərk edən ermənilərin sayı 5 minə çatır

13:02 - 25 Sentyabr 2023 - DÜNYA

Sentyabrın 25-i saat 12:00-a olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi bölgəsindən Ermənistan Respublikasına 4850 erməni daxil olub.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, onlardan 3900 nəfərinin qeydiyyat məlumatları artıq tərtib edilib, 950 vətəndaşın tələbatının müəyyənləşdirilməsi davam etdirilir.

Hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edir.

Qeyd edək ki, Qarabağı tərk edən ermənilər birinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərinə köçmüş şəxslərdir.

Xəbər xətti