Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan 142 etirazçını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Ermənistan polisinin xüsusi təyinatlı dəstələri – “qırmızı berelilər” səhər tezdən Yerevanın mərkəzində küçələri bağlayan müxalifət fəallarını həbs etməyə başlayıblar.
Polis əvvəlcə səsucaldanlar vasitəsilə aksiya iştirakçılarına xəbərdarlıq edib ki, şəhərin mərkəzində Tumanyan-Sarian kəsişməsini bağlamaq qadağan edilib, bundan sonra 10-a yaxın fəal saxlanılıb. Hazırda İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları davam edir.