Türkiyə Rusiya ilə birlikdə Afrikaya 1 milyon ton taxıl tədarük etmək niyyətindədir

22:44 - 18 Sentyabr 2023 - İQTİSADİYYAT

Türkiyə Rusiya Federasiyası ilə birlikdə Afrikaya 1 milyon ton rus taxılını tədarük etmək niyyətindədir

Ucnoqta.az xəbər verir ki, türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya Federasiyasına bu həcmi artırmağı təklif edib, çünki Afrikada qidaya ehtiyacı olan çoxlu ölkələr var.
"Afrika ölkələrinə, ehtiyacı olan ölkələrə daha çox taxıl göndərilməlidir. Mən Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmışam, biz Afrikanın yoxsul ölkələrinə 1 milyon ton taxıl çatdırmağı qarşımıza məqsəd qoymuşuq", - o deyib. 

Xəbər xətti