Aİ 10 milyona yaxın ukraynalı qaçqını qəbul edib

13:48 - 18 Sentyabr 2023 - DÜNYA

Münaqişə başlayandan bəri Aİ-yə gələn ukraynalı qaçqınların sayı təxminən 10 milyon nəfərdir.

Ucnoqta.az xəbər verir ki, bunu Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Sud radiosunun efirində deyib.

"Miqrasiya problemi həm cənubdan, həm də şərqdən hamımıza təsir edir. Biz elə bir vəziyyət yaşayırıq ki, 10 milyona yaxın ukraynalı qaçqını qəbul etmişik. Çexiyada miqrantların sayı onun əhalisinin 4%-ni, 440 min nəfəri təşkil edir. Polşa, Macarıstan da ukraynalı miqrantları qəbul edir” - o, bildirib.

Xəbər xətti